17:50 09-07-2020
news_image
205
FUTBOL

50 milyonluq təklif - “Yuventus”dan

İtaliya “Roma”sının futbolçusu Nikolo Zaniolo bu yay klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Yuventus” maraqlıdır.

Turin təmsilçisi Nikolonu mövsümlərarası fasilədə heyətinə qatmaq istəyir. “Ağ-qaralar” 21 yaşlı italiyalı üçün paytaxt klubuna 50 milyon avro təklif etməyi planlaşdırır. Hazırda maliyyə çətinlikləri olan romalıları bu məbləğin qane edəcəyi gözlənilir.

Qeyd edək ki, Zaniolo cari mövsüm bütün turnirlərdə keçirdiyi 26 oyunda 6 qol vurub.