22:16 09-07-2020
news_image
416
FUTBOL

"Neftçi"yə məşqçi gəldi - Azərbaycan kubokunun qalibi

"Neftçi”nin məşqçilər korpusunda dəyişiklik baş verib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Bakı təmsilçisinin əsas komandasında yeni təyinat rəsmiləşib.

Vadar Nuriyev paytaxt təmsilçisində köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı çalışdırıcı ilə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə “ağ-qaralar”ın əvəzedici komandasında baş məşqçi olan çalışdırıcı "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.