23:25 09-07-2020
news_image
152
FUTBOL

Eddi İsrafilov ehtiyatda qaldı - İspaniyada

İspaniya Sequndasında XXXIV turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Albasete” öz meydanında Xixon “Sportinq”i ilə görüşüb.

Matç 1:1 hesabı ilə başa çatıb. Eddi bu qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

Qeyd edək ki, 39 matçda 46 xal toplayan “Albasete” 22 komanda arasında 18-ci yerdə qərarlaşıb.