09:00 10-07-2020
news_image
126
FUTBOL

Rusiyadan yeni təklif - azərbaycanlı futbolçuya

Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev Rusiyada klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Tula "Arsenal"ının diqqət mərkəzinə düşüb.

Bir müddət əvvəl intizamsız davranışına görə əvəzedici heyətə göndərilən 24 yaşlı oyunçunu məşqçilər korpusu yay toplanışına cəlb etməyi planlaşdırır. Lakin "Spartak" rəhbərliyi onunla yollarını ayırmaq niyyətindədir. Bundan yararlanmaq istəyən "Arsenal" qısa müddətdə danışıq aparmaq fikrindədir.

Qeyd edək ki, Ayaz Quliyev sabiq klubu "Rostov"un da maraq dairəsindədir.