15:25 10-07-2020
news_image
828
FUTBOL

Avropa Liqası: “Başakşəhər”in potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

Avropa Liqasının 2019/20 mövsümünün Almaniyada təşkil olunacaq final mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə bir oyundan ibarət olacaq 1/4 və 1/2 final mərhələlərinin, həmçinin final matçının püşkü atılıb.

Koronavirus pandemiyası üzündən Avropa Liqasının 1/8 final mərhələsi martda yarımçıq dayandırıldığından püşkatmada 8 cüt iştirak edib. Qonşu Türkiyənin təmsilçisi “Başakşəhər”in də mümkün rəqibləri bəlli olub. İstanbullular “Kopenhagen” səddini keçsə, LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək.

1/4 final
1. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) cütünün qalibi - “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi
2. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
3. “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütünün qalibi - “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) cütünün qalibi
4. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi

1/2 final
5. 4-cü cütün qalibi - 2-ci cütün qalibi
6. 3-cü cütün qalibi - 1-ci cütün qalibi

Final
5-ci cütün qalibi - 6-cı cütün qalibi

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları avqustun 5-6-da olacaq. Almaniyanın Köln, Duysburq, Düsseldorf və Helzenkirhen şəhərlərində baş tutacaq 1/4 final oyunları isə 10-11-də, 1/2 final 16-17-də, final 21-də keçiriləcək.