16:12 10-07-2020
news_image
84
FUTBOL

"Barselona"nın futbolçusunu istəyir - Bekhem

"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını ABŞ-da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "İnter Mayami" klubu çilili futbolçunun xidmətində maraqlıdır.

Əfsanəvi futbolçu Devid Bekhemin sahibi olduğu MLS təmsilçisi bununla bağlı danışıqlara başlayıb. Bekhem şəxsən özü bu keçidin mümkünlüyünü ispanlarla müzakirə edib. "Flamenqo" və "Boka Xuniors"un da maraq dairəsində olan 33 yaşlı orta sahə oyunçusu üçün "İnter Mayami" variantı daha cəlbedici görünür.

Qeyd edək ki, Arturo Vidalın "Barselona" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.