16:14 10-07-2020
news_image
146
FUTBOL

Daha bir müqavilə - “Neftçi”də

"Neftçi"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, qapıçı Aqil Məmmədovla müqavilə müddəti uzadılıb.

31 yaşlı qolkiperlə anlaşmanın müddəti 2 illik olub. Məmmədov 2022-ci ilin yayına qədər "ağ-qaralar”a məxsus olacaq.

Qeyd edək ki, "Neftçi"də bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev yeni müqavilə bağlayıb  Onlardan Hacıyev "Keşlə"yə icarəyə verilib.