17:11 10-07-2020
news_image
551
FUTBOL

Qərargahdan müsbət cavab - klublar yeni mövsümün hazırlığına başlaya bilər

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün startı avqustun ortalarına planlaşdırılır.

Apasport.az saytının məlumatına görə, bununla bağlı məsələ AFFA-nın İcraiyyə Komitəsinin bugünkü videokonfransında müzakirə olunub.

Bir müddət əvvəl avrokuboklarda iştirak edən klubların təlim-məşq toplanışı üçün razılıq alan AFFA həmçinin digər 4 komandanın da Premyer Liqaya hazırlaşmasından ötrü Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıb.

Bu gün bununla bağlı müsbət cavab da gəlib. Elita təmsilçilərinə yeni mövsümün hazırlığına başlamaq icazəsi verilib. Komandalar sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdə təlim-məşq toplanışı keçə bilərlər.

Klublar əvvəlcə koronavirus testindən keçəcək, daha sonra isə məşqə başlaya biləcəklər.