17:38 10-07-2020
news_image
200
FUTBOL

Mövsümün startı iki həftəlik təxirə salındı - koronavirusa görə

Futbol üzrə Bolqarıstan çempionatının startı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Bolqarıstan Futbol İttifaqı verib.

Qurum koronavirus pandemiyası üzündən 2020/21 mövsümünün başlanmasını iki həftəlik təxirə saldığını açıqlayıb. Ölkədə epidemioloji vəziyyətin ağırlaşması üzündən yarış avqustun 7-də başlamağı məqsədəuyğun sayıb.

Qeyd edək ki, son günlərdə MOİK, “Sarsko selo”, “Botev”, “Duvan”, Varna “Çernomore”si və Plovdiv “Lokomotiv”ində yoluxmalar aşkarlanıb.