17:49 10-07-2020
news_image
232
FUTBOL

İspaniyalı məşqçilər – Premyer Liqada uğursuz olur

İspaniyalı məşqçilər – Premyer Liqada uğursuz olur

Bakının “Sabah” klubunun baş məşqçi postuna gətirdiyi Visente Qomes Azərbaycanda Premyer Liqa təmsilçilərinin güvənəcəyi üçüncü ispaniyalı mütəxəssis olacaq.

Apasport.az saytının məlumatına görə, indiyədək bu ölkədən olan iki çalışdırıcı klublarımıza rəhbərlik edib.

Maraqlıdır ki, onların hər ikisi Premyer Liqada 2012/13 mövsümündə çalışıb.

İlk ispaniyalı Karles Bakes olub. Mövsümün gedişində “Xəzər Lənkəran”a gələn çalışdırıcı cəmi 10 turdan sonra postundan kənarlaşdırılıb.

Azərbaycana gələn ilk, Premyer Liqada debüt edən ikinci ispaniyalı isə Luis Araqondur. “Qəbələ”nin 2012-ci ilin yayında əvəzedici komandasına gətirdiyi və uzun müddət burada çalışan ispaniyalı 2012/13 mövsümünün sonunda əsas heyətlə də çalışıb. Boş qalan baş məşqçi postunu 8 turluq tutan Araqon burada uğursuzluqdan sonra daha iki il əvəzediciləri çalışdırıb.

“Sabah”ın tapıntısı ondan əvvəl ölkəmizə gələnlərdən fərqlənmir. Hər üç ispaniyalı əsas komandanın baş məşqçisi kimi fəaliyyəti ilə öyünə bilməz. 

Araqon elə ölkəmizdə də əvəzedicilərlə, gəncləri yetişdirməklə faydalı olduğunu göstərib və burada klubuna xeyir veribsə, Bakes də daha çox köməkçi məşqçiliyi ilə seçilib. Elə onların “Sabah”a gələn həmyerlilərinin də karyerası əsasən əvəzedicilər və köməkçi məşqçi vəzifəsi ilə zəngindir.