20:51 10-07-2020
news_image
135
FUTBOL

"Neftçi"yə qaytarıldı - Fəhmin Muradbəyli

"Neftçi" daha bir futbolçu ilə bağlı qərarını verib.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, yarımmüdafiəçi Fəhmin Muradbəyli komandaya qaytarılıb.

Ötən mövsümü icarə əsasında "Səbail"də keçirən 24 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu "ağ-qaralar"a qayıtması qərara alınıb. Növbəti mövsümün hazırlığını "flaqman"ın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illərdə "Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.

Qeyd edək ki, mövsümlərarası fasilədə hələlik yalnız Cabir Əmirlini transfer edən "Neftçi" Tural Axundov, Soni Mustivar, Vangelis Platellas, Baqali Dabo, Vild-Donald Gerye və Dario Frederiko ilə yollarını ayırıb, Rəhman Hacıyevi isə "Keşlə"yə icarəyə verib.