22:54 10-07-2020
news_image
152
FUTBOL

"Roma"nın futbolçusunu transfer edir - "Atalanta"

"Roma"nın müdafiəçisi Alessandro Florensi mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı sağ cinah oyunçusu "Atalanta"ya keçməyə hazırlaşır.

İtaliya millisinin üzvünün meneceri Alessandro Luççi Beqamo təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırmaq üçün danışıqları intensivləşdirib. Hazırda icarə əsasında "Valensiya"nın formasını geyinən Florensi mövsümün sonunda "Roma"ya qayıtmaq yox, "Atalanta"ya keçmək niyyətindədir.

Qeyd edək ki, Alessandro Florensi yanvardan çıxış etdiyi "Valensiya"nın heyətində 9 matç keçirib.