23:16 10-07-2020
news_image
210
FUTBOL

"Yuventus"dan 80 milyon istədi - Premyer Liqa klubu

"Vulverhempton"un hücumçusu Adama Traore mövsümün sonunda İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, "Yuventus" 24 yaşlı ön xətt oyunçusunu heyətinə qatmaqda maraqlıdır.

Ancaq bu keçid heç də asan başa gəlməyəcək. Çünki Premyer Liqa təmsilçisi ispaniyalı forvardın transfer qiymətinin 80 milyon avro olduğunu bəyan edib. Traore həmçinin "Liverpul"un da əsas hədəfləri arasındadır.

Qeyd edək ki, Adama Traore cari mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.