23:53 10-07-2020
news_image
185
FUTBOL

Martinesin "İnter"ə təzyiqi - transfer üçün

"İnter"in hücumçusu Lautaro Martines klubuna təzyiq göstərməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü "Barselona"ya transfer olunmaqda qərarlıdır.

Kataloniya klubu ilə şəxsi müqavilənin bütün detallarını razılaşdıran 23 yaşlı forvard "neradzurra"nın da keçidə müsbət cavab verməsini istəyir. O, transfer məbləğində klubların ortaq məxrəcə gəlməsinə və məsələnin tezliklə həll olunmasına çalışır. Milan klubu 2018-ci ildə "Rasinq"dən 25 milyon avroya aldığı oyunçunun gedişindən ən azı 100 milyon avroluq gəlir əldə etmək niyyətindədir.

Qeyd edək ki, Lautaro Martines bu mövsüm 37 oyunda 17 qola imza atıb.