10:28 11-07-2020
news_image
504
FUTBOL

İki italyan köməkçisi bilindi - de Byazinin

Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı gözlənilən Canni de Byazi ölkəmizə tək gəlməyəcək.

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 64 yaşlı mütəxəssisin məşqçilər korpusunda 2 italyan yer alacaq.

Artıq həmin şəxslərin adları da məlumdur. De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq. Hər iki mütəxəssis futbolçu karyerası ərzində İtaliyanın bir neçə yüksək liqa klubunun formasını geyinib. Karbone 2010, Belluççi isə 2014-cü ildə məşqçilik karyerasına başlayıb. 49 yaşlı Karbone son olaraq 2016/17 mövsümündə "Ternana"nın baş məşqçisi olub. 45 yaşlı Belliççi də aşağı liqa klublarında fəaliyyət göstərib. O, axırıncı dəfə 2018/19 mövsümündə "Albissola"ya rəhbərlik edib.

Qeyd edək ki, Arif Əsədov AFFA tərəfindən yığmaya yenidən köməkçi-məşqçi təyin olunub.