11:45 11-07-2020
news_image
200
FUTBOL

Yeni klubu bilindi - Villianın

"Çelsi"nin futbolçusu Villianın yeni klubunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, hücumameyilli oyunçu karyerasını Londonun digər təmsilçisi "Tottenhem"də davam etdirəcək.

Braziliya millisinin üzvü "Tottenhem"lə müqavilənin bütün şərtlərini razılaşdırıb. 32 yaşlı vinger mövsüm başa çatdıqdan sonra yeni komandasına qoşulacaq. Villianın "Çelsi" ilə müqavilə müddəti başa çatdığından, o, "Tottenhem"ə azad agent kimi keçəcək.

Qeyd edək ki, Villian bu mövsüm Premyer Liqada 33 oyun keçirib, 9 qola imza atıb.