12:10 11-07-2020
news_image
3542
FUTBOL

“3 aydır ki, Azərbaycan millisini analiz edirəm” - de Byazi AFFA-nın yalanını üzə çıxardı

“Biz müqaviləni artıq imzalamışıq və bu, çevik baş verib. Hamımız COVİD-19 pandemiyasına görə xüsusi durum yaşayırıq” 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının yeni baş məşqçisi Canni de Byazi deyib.

Təcrübəli çalışdırıcı AFFA-nın açıqladığı xüsusi şərtlər barədə danışıb. İtaliyalı mütəxəssis həmçinin Millətlər Liqasından da söz açıb: “Şərt belədir ki, bir ay oynamadıqda müddət dəyişir və açıq şəkildə uzadılır. Müqavilə dəyişəbiləndi – bu məsələdə razılaşmışıq.

Millətlər Liqasında iştirak edən bütün komandalar qalib gəlmək istəyir. Qısa müddət ərzində bir komanda olmağı və birlikdə uğur qazanmağı, mübarizə aparmağı istəyirik. Taktiki cəhətdən yaxşıya doğru dəyişməyə çalışacağıq. Avqustun əvvəli Bakıda olmalı idim. Bunun necə baş verəcəyini görəcəyik. Artıq 3 aydır ki, mən Azərbaycan millisini analiz edirəm, oyunçuları öyrənirəm. Rəqiblərimiz haqqında məlumat toplayıram. Ümid edirəm ki, hər şey istədiyimiz kimi baş verəcək”.

De Byazi Ansi Aqollinin onun köməkçisi təyin olunacağı ilə bağlı xəbərə də münasibət bildirib: “Hələ belə bir şey yoxdur. Amma mən onu çox xoşlayıram. Çox xarakterli insandır”.

De Byazinin açıqlamasından aydın olur ki, AFFA-nın danışıqların davam etdirilməsi barədə qeydi yalançı gedişdi. Tərəflər hər şeyi çoxdan razılaşdırıb və müqavilə də rəsmiləşib. Hətta italiyalı təyinat alacağına o qədər əmin edilibmiş ki, 3 aydı millimizi incələyirmiş (futbolinfo.az).