12:13 11-07-2020
news_image
286
FUTBOL

Sançonun keçidinə razılıq verdi - "Borussiya"

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço tezliklə "Mançester Yunayted"ə keçə bilər.

Apasport.az saytının məlumatına görə, "qırmızı şeytanlar" gənc oyunçunun transferi üçün danışıqları intensivləşdirib.

Bundesliqa təmsilçisi də aparıcı oyunçusunun gedişinə artıq razıdır. Koronavirus pandemiyası səbəbindən dortmundlulara 2019/20 mövsümündə 45 milyon avroluq ziyan dəyib. Rəhbərlik bu maddi sıxıntını aradan qaldırmaq üçün Sançonu sərfəli qiymətə "Mançester Yunayted"ə satmağı planlaşdırır.

Qeyd edək ki, "Borussiya" ilə müqavilə müddətin 2022-ci ilin yayına qədər olan Ceydon Sanço geridı qalan mövsüm bütün turnirlərdə 44 oyunda iştirak edib, 20 qol, 20 assistlə yadda qalıb.