13:33 11-07-2020
news_image
357
FUTBOL

Rekorda şərik oldu - Kurtua

"Real"ın qapıçısı Tibo Kurtua klub rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, qolkiper buna La Liqanın XXXV turunda "Alaves"lə qarşılaşmada nail olub.

Komandasının 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qapısını toxunulmaz saxlayan Belçika millisinin üzvü cari mövsüm artıq 18-ci matçda qol buraxmayıb. Bununla o, "Real"ın heyətində 1987/88 mövsümündə 18 görüşdə top buraxmayan Fransisko Buyonun rekorduna şərik olub. Kurtua cari mövsüm daha bir qarşılaşmada bunu təkrarlasa, klubun rekordçusu olacaq.

Qeyd edək ki, La Liqada XXXV turdan sonra "Real" 80 xalla turnir cədvəlinə başçılıq edir.