13:53 11-07-2020
news_image
182
FUTBOL

"Arsenal"ın futbolçusunu istəyir - "Lion"

"Arsenal"ın yarımmüdafiəçisi Matteo Qenduzi mövsümün sonunda komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı orta sahə oyunçusu London klubunun baş məşqçisi Mikel Artetanın planlarına daxil deyil.

Gənc futbolçu artıq bir neçə klubun diqqət mərkəzinə düşüb. İlk təklif isə ölkəsi Fransadan - "Lion"dan gəlib. Onunla həmçinin "Barselona", "Çelsi", "Bavariya" kimi klublar da maraqlanır.

Qeyd edək ki, "Loryen"in yetirməsi olan Matteo Qenduzi 2018-ci ildən "Arsenal"da çıxış edir.