14:18 11-07-2020
news_image
227
FUTBOL

İtaliyada dava - futbolçu xəstəxanalıq oldu

İtaliya futbolunda xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, B seriyasının "Yuve Stabia" - "Entella" görüşündə dava düşüb.

Qarşılaşma ərzində referi 3 dəfə qırmızı vərəqədən istifadə edib. Meydandan qovulan futbolçulardan olan qonaqların müdafiəçisi Mauro Koppolaro matçdan dərhal sonra ev sahiblərinin işçilərindən biri ilə əlbəyaxa dalaşıb. Nəticədə futbolçu xəstəxanalıq olub.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.