14:31 11-07-2020
news_image
414
FUTBOL

180 milyonluq tələb - Kontedən

"İnter"in baş məşqçisi Antonio Konte mövsümün sonunda heyətin gücləndirilməsini istəyir.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis transferlər üçün büdcə ayrılmasını tələb edib.

O, yay fasiləsində transferlərə ən azı 180 milyon avro xərclənməsini istəyib. Konte yalnız bu yolla A seriyasında çempionluq uğrunda mübarizə apara biləcəklərini düşünür. Digər tərəfdən isə rəhbərlik Konteni istefaya göndərib, Massimiliano Alleqrini baş məşqçi postuna gətirməyi düşünür.

Qeyd edək ki, İtaliya A seriyasında 31 turdan sonra "İnter" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.