22:43 11-07-2020
news_image
302
FUTBOL

Dabo təşəkkür etdi - "Neftçi"dən başqa hamıya

"Neftçi"nin sabiq futbolçusu Baqali Dabo mükafatına qovuşacaq.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu Premyer Liqanın gümüş medalını və bombardirlik üçün qazandığı mükafatı instaqram səhifəsi vasitəsilə paylaşıb.

Maraqlıdır ki, "Apollon"un yeni transferi heyətində bu uğurlara nail olduğu "Neftçi"ni yada salmayıb. Əvəzində o, AFFA və PFL-ə təşəkkürünü çatdırıb. Bu da 32 yaşlı forvardın "ağ-qaralar"dan problemli ayrılması ilə əlaqədardır.

Dabo bir müddət əvvəl "Neftçi"dən ayrılarkən də əsasən "Qəbələ"də olanda çəkilmiş şəkillərini ön planda göstərmişdi.

Qeyd edək ki, Baqali Dabo geridə qalan 2019/20 mövsümündə 7 qolla Premyer Liqanın 4 bombardirindən biri olub.