22:49 11-07-2020
news_image
267
FUTBOL

İl yarımlıq seriyası qırıldı - "Liverpul"un

"Liverpul"un "Enfild Roud"da il yarımlıq qələbə seriyasına son qoyulub.

Apasport.az saytının məlumatına görə, "qırmızılar"ın seriyası Premyer Liqanın XXXV turunda "Bernli" ilə matçda qırılıb.

Rəqibi ilə 1:1 hesablı heç-heçə edən "mersisaydlılar" 2019-cu ilin yanvarından bəri ilk dəfə çempionatda öz meydanında büdrəyib. Yurgen Kloppun komandası sonuncu dəfə həmin vaxt "Lester"lə ev matçında bərabərə qalmışdı. "Enfild Roud"dakı qalibiyyət seriyası 24 oyun çəkib.

Qeyd edək ki, 35 matçda 93 xal toplayan "Liverpul" çempionluğu rəsmiləşdirib.