02:14 12-07-2020
news_image
268
FUTBOL

Mövsümü bitirə bilər - Qrizmann

"Barselona" hücumçusu Antuan Qrizmannın xidmətindən məhrum olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İspaniya La Liqasının XXXVI turunda "Valyadolid"lə görüşdə zədələnib.

Komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın birinci hissəsində ayağında ağrılar hiss edən fransalı fasilədən sonra Luis Suareslə əvəzlənib. Qrizmannın La Liqanın son iki turunda iştirakı sual altına düşüb. Onun həmçinin Çempionlar Liqası matçına yetişib-yetişməyəcəyi də bəlli deyil.

Qeyd edək ki, Antuan Qrizmann cari mövsüm ümumilikdə 46 oyunda iştirak edib, 15 qol, 4 assistlə yadda qalıb.