14:20 12-07-2020
news_image
119
FUTBOL

“Formula-1” bir ölkəyə sığınır – 3-cü mərhələ də Avstriyada keçirə bilər

“Formula-1” üzrə dünya çempionatının daha bir mərhələsi Avstriyada keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Macarıstan Qran-Prisinin təşkilinin sual altına düşməsidir.

Koronavirus pandemiyası ilə bağlı sərt məhdudiyyətlər macarıstanlıları çətin vəziyyətdə qoyub. “Formula-1” rəhbərliyi alternativ variant kimi ardıcıl 3-cü mərhələnin Avstriyada keçirilməsini görür.

Qeyd edək ki, iyulun 3-də başlayan yeni mövsümün ötən həftədəki mərhələsi Avstriya Qran-Prisi olub. Bu həftə yenə eyni ölkədə təşkil edilən yarış Ştiriya Qran-Prisi adlanır. İyulun 17-19-da da yarış “Red Bull Rinq”də baş tutsa, buna da fərqli ad veriləcək.