15:14 12-07-2020
news_image
248
FUTBOL

Havertsdən “Çelsi”yə şərt – Çempionlar Liqasına vəsiqə

Almaniyanın “Bayer” klubunun futbolçusu Kay Havertsin İngiltərə “Çelsi”sinə keçidi baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun iddialarıdır.

Məsələ ondadır ki, Kay üçün Çempionlar Liqasında oynamaq daha prioritetdir. O, “Çelsi”yə o halda keçəcək ki, komanda qitənin nüfuzlu klub turnirinə vəsiqə qazansın.
 
Haverts Çempionlar Liqasında oynamayacaq kluba keçmək fikrindən uzaqdır. Düzdür, hazırda London klubu Premyer Liqanın turnir cədvəlində 3-cü sırada yer alıb. Lakin “zadəganlar” “Lester”i 1, “Mançester Yunayted”i 2 xal qabaqlayır.

Qeyd edək ki, “Çelsi” son matçında “Şeffild Yunayted”ə 0:3 hesabı ilə uduzub.