01:23 13-07-2020
news_image
87
FUTBOL

“Liverpul”dan Rusiyaya – Lovren “Zenit” yolunda

İngiltərənin “Liverpul” klubunun və Xorvatiya millisinin futbolçusu Deyan Lovren karyerasını Rusiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi “Zenit”in maraq dairəsindədir.

Sankt-Peterburq təmsilçisi bu yay balkanlı legioneri heyətində qatmağı planlaşdırır. Deyanın “Liverpul”la 2021-ci ilin yayında başa çatacaq müqaviləsinə qarşılıqlı şəkildə xitam veriləcəyi gözlənilir. Bu üzdən də onun yeni klubuna azad agent kimi keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2014-cü ildən mersisaydlıların şərəfini qoruyan Lovren gümüş medal qazandığı DÇ-2018-dən sonra klubdakı mövqeyini itirib və az şans qazanır.