09:18 13-07-2020
news_image
176
FUTBOL

"Böyük turnir bizim üçün yuxu deyil" - millimizin rəqibi

"Böyük futbol turnirinə qatılmaq hər bir futbolçunun xəyalıdır".

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının hücumçusu Daniel da Mota deyib.

Ölkəsində "Rasinq" klubunun formasını geyinən 35 yaşlı forvard sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə matça dəvət gözləyir. O, həmin gün Bakıda keçiriləcək görüşdə milli formada 100-cü oyununa çıxacağına ümid edir: "Lüksemburq futbolunun hansı səviyyəyə gəldiyinə baxanda böyük turniri artıq bizim üçün uzaq yuxu kimi görmürəm. Mario Mutşa məxsus yığmada 102 oyunluq rekordu qırmaq istəyirəm. Millətlər Liqasında Azərbaycan və Monteneqro ilə qarşıdakı matçlarda baş məşqçi xidmətimdən yararlanmaq istəsə, müsbət cavab verəcəyəm".

Qeyd edək ki, yığmamız Millətlər Liqasının C liqasının 1-ci qrupunda Lüksemburq, Monteneqro və Kiprlə qarşılaşacaq.