10:01 13-07-2020
news_image
308
FUTBOL

Klubu istəmir - "Qarabağ"dan qayıdan futbolçunu

2019/20 mövsümünü icarə əsasında "Qarabağ"da keçirən Aylton Silva müqavilə ilə məxsus olduğu "Ştutqart"da qalmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun idman direktoru Sven Mislintat deyib.

O bildirib ki, 25 yaşlı sol cinah müdafiəçisi "Ştutqart"da rəqabət aparmaq gücündə deyil: "Komandadakı hazırkı rəqabəti nəzərə alaraq, Ayltona burada şans görmürük. Bu üzdən də hər iki tərəf üçün sərfəli həll yolu axtarırıq".

"Ştutqart" rəhbərliyi hazırda braziliyalını satmağı və onun gedişindən 1,5 milyon avroluq gəlir əldə etməyi planlaşdırır. Ancaq ən pis halda almanlar Ayltonu icarəyə verəcəklər.

Qeyd edək ki, Bundesliqa II-də 2-ci yeri tutan "Ştutqart" 2020/21 mövsümündə yüksək liqada çıxış edəcək.