12:46 13-07-2020
news_image
329
FUTBOL

Cəzası ləğv olundu - "Mançester Siti"nin

"Mançester Siti"nin avrokuboklardan kənarlaşdırılma cəzası ləğv olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsinin (CAS) mətbuat xidməti məlumat yayıb.

UEFA tərəfindən 2 il müddətinə avrokuboklardan diskvalifikasiya olunan İngiltərə klubunun apelyasiya şikayətini CAS təmin edib. Həmçinin "şəhərlilər"in cəriməsi də 10 milyon avroya endirilib. Bu isə o deməkdir ki, "Mançester Siti" növbəti mövsüm Çempionlar Liqasında iştirak edə biləcək.

Qeyd edək ki, UEFA Maliyyə Feyr-Pley qaydalarını pozduğunu əsas götürərək fevralın 14-də "Mançester Siti"ni Avropa miqyaslı turnirlərdən kənarlaşdırılması və 30 milyon avro cərimə kəsilməsi barədə qərar vermişdi.