14:30 13-07-2020
news_image
128
FUTBOL

Almaniya yığmasını çalışdırmaq istəyir - Yurgen Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Almaniya millini çalışdırmaq arzusundadır.

Apasport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirib ki, "Liverpul"la müqavilə müddətinin sonuna 4 il qalan təcrübəli mütəxəssis sözləşməsi bitdikdən sonra bir il dincəlmək, daha sonra isə Bundestimin sükanı arxasına keçmək niyyətindədir. Həmin vaxt isə onun 58 yaşı olacaq.

Qeyd edək ki, Almaniya yığmasının hazırkı baş məşqçisi Yoahim Lövdür. Onun sözləşmə müddəti 2022-ci ilin yayına qədərdir.