16:11 13-07-2020
news_image
238
FUTBOL

"Onlar həmişə mənə deyir ki, sənə qapımız açıqdır" - Cavid Hüseynov

"Dünən rəhbərliklə oturub söhbət etdik. Qarşılıqlı razılıqla müqaviləyə xitam verildi".

Bunu apasport.az saytına "Zirə"dən ayrılan kapitan Cavid Hüseynov deyib.

32 yaşlı yarımmüdafiəçi gələn ilin yayına qədər olan sözləşmənin ləğvində maliyyənin heç bir rol oynamadığını söyləyib: "Pulla bağlı, ümumiyyətlə, söhbətimiz olmadı. Sadəcə, hər iki tərəf ayrılmağımda maraqlı oldu".

Milli komandamızın üzvü təklifləri dəyərləndirməyə hazır olduğunu vurğulayıb: "Zirə"dən yenicə ayrılmışam. Bundan sonra digər variantları nəzərdən keçirəcəyəm. 1-2 klub həmişə mənə deyir ki, sənə qapımız açıqdır. Ancaq heç kimlə bu barədə söhbətim olmayıb və hələ real təklif almamışam".

Qeyd edək ki, Cavid Hüseynov "Zirə"yə ötən ilin yayında "Qəbələ"dən keçib.