16:46 13-07-2020
news_image
326
FUTBOL

"Rəşad 43 yaşına qədər Premyer Liqada rahat oynayar" – sabiq yarımmüdafiəçi

"Rəşad Sadıqov bundan sonra 5 il də oynaya bilərdi".

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun karyerasını bitirməsinə münasibət bildirərkən deyib.

37 yaşlı keçmiş yarımmüdafiəçi özündən bir yaş böyük olan Sadıqovun bu il futboldan getməsinə reaksiya verib. O, millinin sabiq kapitanının çempionatda rahatlıqla oynaya biləcəyini düşünür: "Azərbaycan futbolunun hazırkı tempi ilə Rəşad 42-43 yaşına qədər rahat oynayar. Çünki çempionatımızda elə bir sürət, temp yoxdur ki, orada əziyyət çəkəsən. Rəşad da təcrübəli oyunçudur, nə vaxt hansı mövqedə yer almaq lazım olduğunu bilir. Gücünü 90 dəqiqəyə bölüb oynaya bilərdi. Avrokuboklarda çətinlik çəkərdi, amma Premyer Liqada oynamaq iki vur ikidir. Bir il əvvəl mən özüm də qayıdıb oynaya bilərdim. Amma indi çətin olar".

Qeyd edək ki, "Qarabağ"la ölkə çempionu olan Rəşad Sadıqov bundan sonra məşqçilik etmək fikrindədir.