22:32 13-07-2020
news_image
140
FUTBOL

"Milan"ın futbolçusunu transfer edir - "Sevilya"

"Milan"ın yarımmüdafiəçisi Suso "Sevilya"ya transfer olunmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında əndəlüs klubunun formasını geyinən 27 yaşlı hücumameyilli oyunçu La Liqa təmsilçisinə birdəfəlik keçəcək.

Klublar arasındakı razılığa əsasən, "Sevilya" Çempionlar Liqasına vəsiqə qazanarsa, klub Susonun keçidini həll edəcək. Sona 2 tur qalmış isə komanda buna çox yaxındır. Transfer İtaliya klubuna 21 milyon avro qazandıracaq.

Qeyd edək ki, Suso "Sevilya"ya bu ilin əvvəlində icarəyə verilib.