09:27 14-07-2020
news_image
2686
FUTBOL

Bir ildən sonra klub tapdı - millimizin sabiq hücumçusu

Azərbaycan millisinin sabiq hücumçusu Dəniz Yılmaz özünə yeni komanda tapıb.

Apasport.az saytının məlumatına görə, bir ildir işsiz olan 32 yaşlı forvard keçmiş komandası "Elazığspor"la anlaşıb.

Elazığ təmsilçisinin prezidenti Səlçuk Öztürk futbolçu ilə telefon danışığı aparıb və onun razılığını alıb. Almaniyadan Türkiyəyə məhz "Elazığspor" üçün köçən Dəniz TFF 2-ci liqa klubuna dönməyə razılıq verib. Tərəflərin tezliklə rəsmi müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan millisinin heyətində 2 oyun keçirən Dəniz Yılmaz 2013/14 mövsümündə "Elazığspor"un formasını geyinib.