09:47 14-07-2020
news_image
121
FUTBOL

AFFA-dan sənəd gözləyir - Kipr klubu

Kipr klubu "Apollon" yeni transferlərini qeydiyyatdan keçirməyə başlayıb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Neftçi"dən heyətə cəlb edilən Baqali Dabo hələ sifariş edilməyib.

Buna səbəb onun icazə vərəqəsinin Limassol təmsilçisinə hələ verilməməsidir. Kipr klubu fransalı forvardın beynəlxalq qeydiyyat sənədinin AFFA tərəfindən göndərilməsini gözləyir.

Qeyd edək ki, Baqali Dabo ölkəmizdə 2 il "Qəbələ"nin (2016-18), 2 il "Neftçi"nin (2018-2020) formasını geyinib.