10:02 14-07-2020
news_image
271
FUTBOL

"Essyen bura gün keçirməyə gəlib" - sabiq "Səbail"li

"Essyenin bir müsahibəsini oxudum, bilmədim güləm, ya ağlayam".

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov deyib.

Karyerasında son klubu "Səbail" olan 37 yaşlı keçmiş yarımmüdafiəçi paytaxt klubunun ulduz futbolçusu Maykl Essyenin ölkəmizdəki çıxışına münasibət bildirib.

Abbasov qanalı futbolçunun ölkəmizə gün keçirməyə gəldiyini söyləyib: "Essyen demişdi ki, "Səbail"in bir oyunundan sonra stadionun ətrafında azarkeşlər üzərimə cumdular, qorxumdan maşına tərəf qaçdım və onda dərk elədim ki, oyunda belə qaçsaydım uduzmazdıq. Yəni demək istəyir ki, bura yola verməyə gəlmişəm. Təcrübəsi ola bilər, amma yerinə 21-22 yaşlı uşağı oynatsan, daha çox xeyir verər. Fakt bura gün keçirməyə gəlib. Daha yaxşı oyunçuların varsa, ad xatirinə onu gətirmək nəyə lazımdır?"

Qeyd edək ki, ötən ilin martında "Səbail"ə keçən Maykl Essyenin Bakı təmsilçisi ilə müqavilə müddəti başa çatıb.