10:39 14-07-2020
news_image
118
FUTBOL

İtkisi 100 milyona endi - "Barselona"nın

"Barselona"nın koronavirus pandemiyasının fəsadları səbəbindən itkisi 100 milyon avroya enib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Arturun "Yuventus"a satılması ilə ziyanın bir qismini aradan qaldırıb.

İspaniya klubunun builki büdcəsi 1 milyard 47 milyon avro olaraq təsdiqlənib. Koronavirus pandemiyası başlamazdan əvvəl kataloniyalılar 1,1 milyard avro qazanc əldə etmişdi. Lakin pandemiya səbəbindən gəlirlər kəskin şəkildə azalıb: muzey bağlanıb, stadiona tur təşkil edilmir, komanda son 6 ev oyununu boş tribunalar önündə keçirib.

Futbolçuların maaşlarının 12 faiz azaldılması və Arturun "Yuventus"a keçidi ümumi itkinin 100 milyon avroya düşməsinə səbəb olub.