11:05 14-07-2020
news_image
221
FUTBOL

4 ulduz futbolçusunu göndərir - "Qalatasaray"

Koronavirus pandemiyası səbəbindən dayandırılan Türkiyə Super Liqasının bərpasından sonra 8 oyundur qələbə qazana bilməyən "Qalatasaray" mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

Apasport.az saytının məlumatına görə, ciddi maliyyə problemi ilə üzləşən İstanbul təmsilçisi yüksək məbləğli oyunçularla vidalaşmağı planlaşdırır.

Baş məşqçi Fatih Terim artıq 4 oyunçunun yola salınmasına razılıq verib. Bunlar yarımmüdafiəçilər Yunes Belhanda, Rayan Babel və hücumçular Radamel Falkao ilə Mbaye Diandır. Falkao ilə Belhandanın karyerasını müvafiq olaraq ABŞ və Qətərdə davam etdirməsi gözlənilir. Babelin yenidən "Ayaks"a icarəyə verilməsi planlaşdırılırsa, "sarı-qırmızılılar" Dian üçün də təkliflər gözləyir.

Qeyd edək ki, "Qalatasaray" sona 2 tur qalmış 52 xalla Super Liqanın 5-ci pilləsində qərarlaşır.