12:51 14-07-2020
news_image
299
FUTBOL

Özü Paraqvayda, qulağı Bakıda

Şamaxıda təlim-məşq toplanışında olan "Keşlə" transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında ölkəmizi təmsil edəcək Bakı klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalamaqda maraqlıdır.

Qəsəbə təmsilçisi komandanın aparıcı oyunçusu Sezar Meza Kollini qaytarmağa çalışır. Müqavilə ilə "Universitatya Krayova" klubuna məxsus olan 29 yaşlı yarımmüdafiəçinin keçidi üçün danışıqlar davam etdirilir. "Keşlə" paraqvaylını ən pis halda yenidən icarəyə götürmək istəyir.

Futbolçu özü də karyerasını ölkəmizdə davam etdirməkdə maraqlıdır. Hazırda ölkəsi Paraqvayda olan Sezar klublar arasında anlaşmanın əldə olunmasını gözləyir. Keçid həllini tapdıqdan sonra o, ölkəmizə gəlməyə çalışacaq. "Universitatya Krayova" da onun xidmətində maraqlı olmadığından, tezliklə bu transferin reallaşması gözlənilir.

Qeyd edək ki, Sezar Meza Kolli ötən mövsüm Premyer Liqada 16 oyunda 4 qol vurub. Onun Rumıniya klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.