13:24 14-07-2020
news_image
88
FUTBOL

"Transfer pəncərəsi"nin vaxtı razılaşdırılır - Premyer Liqada

İngiltərədə 2020/21 mövsümünün yay "transfer pəncərəsi"nin vaxtı müzakirəyə çıxarılıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubları indiki məqamda bir variant üzərində dayanırlar.

"Sky Sports"un yaydığı xəbərdə bildirilir ki, transfer dönəminə iyulun 27-də start verilməsi gözlənilir. Klublar oktyabrın 5-nə qədər keçidlərini həll edə biləcəklər. Bununla yanaşı, əlavə iki həftəlik möhlət verilməsi də nəzərdə tutulur. Həmin dönəmdə isə yalnız ölkə daxilindən oyunçular almaq və icarəyə götürmək mümkün olacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün sonuna 3 tur qalıb.