13:58 14-07-2020
news_image
140
FUTBOL

Növbəti istefa - Super Liqada

Türkiyə Super Liqasında daha bir istefa reallaşıb.

Apasport.az saytının məlumatına görə, "Rizəspor"un baş məşqçisi Ünal Karaman vəzifəsindən istefa verib.

Son vaxtlar uğursuz çıxış edən komandanın XXXII turda "Kasımpaşa"ya məğlub olması çalışdırıcını buna vadar edib. Onun rəhbərliyi altında komanda bu mövsüm keçirdiyi 9 oyunun 2-də qələbə qazanıb, 2-də heç-heçə edib, 5-də uduzub.

Qeyd edək ki, sona 2 tur qalmış "Rizəspor" 32 xalla 16-cı pillədə qərarlaşır.