15:15 14-07-2020
news_image
179
FUTBOL

Reşforda təklif - Fransadan

"Mançester Yunayted"in hücumçusu Markus Reşford Fransaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, PSJ gənc forvardın xidmətində maraqlıdır.

22 yaşlı futbolçu Fransa çempionunun prioritet hədəfidir. Paris təmsilçisinin baş məşqçisi Tomas Tuxel İngiltərə millisinin üzvünün transfer edilməsini istəyir. "Mankunianlar" onu heyətdə saxlaya bilməsələr, transferindən minimum 100 milyon funt-sterlinq qazanmağa çalışacaq.

Qeyd edək ki, "Mançester Yunayted"lə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Markus Reşford bu mövsüm 21 qol, 10 assistlə yadda qalıb.