15:47 14-07-2020
news_image
244
FUTBOL

"Real" havayı göndərir - Beyli

"Real" mövsümün sonunda hücumçusu Qaret Beyllə yollarını ayırmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, "kral klubu" Uels millisinin üzvünün işinə yanaşma tərzindən məmnun deyil.

Əsas heyətə düşə bilməyən ulduz futbolçunun buna cəhd də göstərməməsi baş məşqçi Zinəddin Zidanın ürəyincə deyil. Futbolçunun illik maaşı və transfer qiyməti yüksək olduğundan, madridlilər mövsümün sonunda onunla müqaviləyə xitam vermək niyyətindədir. 30 yaşlı oyunçunun hazırda sözləşmə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Qaret Beyl cari mövsüm La Liqada 16 matçda iştirak edib, 2 qol, 2 assistlə yadda qalıb.