16:26 14-07-2020
news_image
977
FUTBOL

5 min çox istədiyindən siyahıdan çıxardı - “Neftçi”

“Neftçi” Klesio Baukun adını transfer siyahısından çıxarıb.

Apasport.az saytının məlumatına görə, mozambikli yarımmüdafiəçinin şərtləri paytaxt təmsilçisini qane etməyib.

Son mövsümü “Qəbələ”nin formasını geyinən legioner “ağ-qaralar”dan aylıq 15000 dollar istəyib. “Qırmızı-qaralar”da maaşı 10 min dollar olan sabiq “İstanbulspor”lu maddi tələbini azaltmadığından bakılılar ondan vaz keçib (sportinfo.az).