16:47 14-07-2020
news_image
154
FUTBOL

Koutinyoya 2 yeni təklif - İngiltərədən

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo daha iki klubdan təklif alıb.

Apasport.az saytının məlumatına görə, hazırda "Bavariya"da icarə əsasında çıxış edən ulduz futbolçu karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

"Mançester Yunayted", "Liverpul" və "Çelsi"dən sonra "Arsenal"la "Nyukasl" da Braziliya millisinin üzvünün özü və klubu "Barselona" ilə danışıqlara başlayıb. Hər iki komanda onu icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Filipp Koutinyonun "Barselona" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. İspanlar 28 yaşlı orta sahə oyunçusunu birdəfəlik satmağı planlaşdırırlar.