17:14 14-07-2020
news_image
354
FUTBOL

Yeni müqaviləyə bağlayacaq - "Sabah" söz verdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını ölkəmizdə davam etdirəcəyi rəsmiləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard bu ilin fevralında 4 aylıq müqavilə bağladığı "Sabah"la sözləşmə müddətini uzatmaq qərarına gəlib.

"Neftçi"nin də maraq dairəsində olan futbolçunun koronavirus pandemiyası səbəbindən yenidən legioner həyatı yaşamaq arzusu reallaşmayıb. "Sabah"ın təklif etdiyi maliyyə şərtləri də onu qane etdiyindən, tezliklə yeni 1 illik saziş imzalanacaq.

"Sabah" rəhbərliyi həmçinin ölkə xaricindən təklif gələcəyi təqdirdə, Şeydayevə əngəl olmayacağına söz verib. 

Qeyd edək ki, karyerasına Rusiyanın "Zenit" klubunda başlayan Ramil Şeydayev daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, həmin ölkənin "Rubin", "Krılya Sovetov", "Dinamo" (Moskva), Türkiyənin "Trabzonspor", Slovakiyanın "Jilina" klublarının və ölkəmizdə "Qarabağ"ın uğurları üçün çalışıb.