00:00 15-07-2020
news_image
159
FUTBOL

81 milyonluq transfer - "Napoli"dən

"Lill"in hücumçusu Viktor Osimxen tezliklə İtaliyaya köçəcək.

Apasport.az saytının məlumatına görə, Nigeriya millisinin üzvü "Napoli" ilə anlaşıb.

Klublar arasında danışıqlar da artıq müsbət nəticələnib. Razılığa əsasən, Fransa klubu transferdən 81 milyon avroluq gəlir əldə edəcək. Eyni zamanda "Napoli" 24 yaşlı yarımmüdafiəçisi Adam Unanı qarşı tərəfə verəcək.

Qeyd edək ki, Viktor Osimxen "Lill"ə ötən il 14 milyon avro qarşılığında "Şarlerua"dan keçib.