00:09 15-07-2020
news_image
154
FUTBOL

Zədəsini sağaltdı - Dembele

"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele zədəsini sağaldıb.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü məşqləri bərpa edib.

23 yaşlı hücumameyilli oyunçu artıq klubun bazasında fərdi məşqlərə başlayıb. Fevralda zədələnən və əməliyyat olunan Dembele ötən ilin noyabrından bəri komandasına kömək edə bilmir.

Qeyd edək ki, Usman Dembele cari mövsüm La Liqada 5 oyun keçirib, 1 qol vurub.